İki şagirdə məktəb ləvazimatları – Abşeron rayonu Saray qəsəbəsi
2B-Kind xeyriyyə cəmiyyəti, sentyabrın (2025) əvvəli yeni dərs ili üçün az təminatlı ailələrdən olan uşaqlara məktəb ləvazimatları çatdırmaq kampaniyasına start verib. Abşeron rayonu Saray qəsəbəsində bizə müraciət etmiş bir ailəyə iki məktəblinin zəruri məktəb ləvazımatları və qış geyimiləri üçün maddi yardım edilmişdir. Bu məqsədlə 2B-Kind 500 AZN məbləğində pul xərclənmişdir. Qeyd edək ki, ailənin anası onkoloji xəstəlikdən əziyyət çəkir.
“2B-Kind” (ingiliscədən tərcümədə nəzakətli, almancadan tərcümədə uşaq olmaq anlamında) az təminatlı ailələrdən olan uşaqlara təhsili əlçatan etmək məqsədi ilə Azərbaycandan kənarda, əsasən Almaniyada yaşayan könüllü dostlarımızın qurduğu bir xeyriyyə cəmiyyətidir. Məqsədimiz yoxsulluq səbəbindən təhsildən kənar qalan uşaqlara davamlı şəkildə həm maddi, həm də mənəvi yardım göstərməkdir. Ölkəmizdə və dünyada yaşanan bir çox problemlərin təməlində yetərsiz təhsilin dayandığı məlumdur. Yetərsiz təhsil isə bir çox hallarda yoxsulluqla əlaqəlidir. Uşaqların təhsili daha işıqlı Azərbaycandır. Siz də uşaqlara sevinc bəxş etmək və daha işıqlı Azərbaycan üçün töhfvə vermək istəyirsizsə, ianə etməklə bizə dəstək ola bilərsiniz!
Sizin 2B-Kind ailəsi
Əlaqə: [email protected]
Ianə et: İanə et – 2B Kind
Bu linkə daxil olaraq dünyanın istənilən yerindən rahatlıqla ianə edə bilərsiniz.