Şəki rayonu, Qirxbulaq kəndi

2B-Kind xeyriyyə cəmiyyəti yeni dərs ilində az təminatlı ailələrdən olan uşaqlara məktəb ləvazimatları çatdırmaq kampaniyası çərçivəsində Şəki rayon Qirxbulaq kəndinin iki məktəblisini bütün vacib məktəb ləvazimatları ilə təmin etmişdir. Kömək etdiyimiz ailə, aztəminatlı olmaqla yanaşı, uşaqların atası ayaq tutulmasından əziyyət çəkir. 2B-Kind ailənin çətin durumunu ən azından məktəb qabağı bir az yüngülləşdirmək məqsədilə uşaqlara məktəbli formasi, ayaqqabi, çanta, dəftər və başqa xırda məktəb ləvazimatları almışdır. Ailəni bizə yönləndirdiyinə görə Qırxbulaq kəndinin tibbi məntəqə müdirəsi, Ülviyyə Məmmədovaya, bizə ailə ilə görüşə şərait yaratdığına görə Qırxbulaq kənd məktəbinin sinif müəlliməsi, Babayeva Gülnar və alınacaq əşyaların alınıb çatdırılmasını təmənnasız həyata keçirmiş sürücümüz, Yusif Əbdurəhimova dərin təşəkkürümüzü bildiririk.

“2B-Kind” (ingiliscədən tərcümədə nəzakətli, almancadan tərcümədə uşaq olmaq anlamında) yoxsul ailələrdən olan uşaqlara təhsili əlçatan ətmək məqsədi ilə Azərbaycandan kənarda, əsasən Almaniyada yaşayan könüllü dostlarımızın qurduğu bir xeyriyyə cəmiyyətidir. Məqsədimiz yoxsulluq səbəbindən təhsildən kənar qalan uşaqlara davamlı şəkildə həm maddi, həm də mənəvi yardım göstərməkdir. Bunu qeyri-rəsmi himayəçilik də adlandırmaq olar. Ölkəmizdə və dünyada yaşanan bir çox probləmlərin təməlində yətərsiz təhsilin dayandığı məlumdur. Yetərsiz təhsil isə bir çox hallarda yoxsulluqla əlaqəlidir. Azərbaycanda təhsil səviyyəsinin artmasına töhvə verə bilmək üçün 2B-Kind xeyriyyə cəmiyyətinin idarə heyəti xeyrixah insanları ianə edərək bizə yardım olmağa dəvət edir.

Uşaqların sevinci bizim sevincimiz, onların təhsili isə daha işıqlı Azərbaycandır. Siz də uşaqlara sevinc bəxş etmək və daha işıqlı Azərbaycan üçün töhvə vermək istəyirsizsə, bizə ianə etməklə dəstək ola bilərsiniz!

Sizin 2B-Kind ailəsi

Bizimlə əlaqə: [email protected]

Ianə et: bu linkə daxil olaraq dünyanın istənilən yerindən rahatlıqla ianə edə bilərsiniz
https://2b-kind.org/az/donate/