Füzuli rayonunda kitabxana

2024-cü ilin mart ayında cəmiyyətimizin maliyyə dəstəyi ilə Fizuli Rayonu, Yuxarı Seyidəhmədli kənd kitabxanası əsaslı təmir olunmuş və yüzə yaxın bədii kitablarla təmin edilmişdir. Kitabxanaya 2B-Kind ümumi olaraq 1380 AZN məbləğində vəsait ayirmişdır.

Qeyd edək ki, bu kitabxanadan il ərzində 500-dən çox məktəbli, tələbə və digər nəslin nümayəndələrinin istifadəsi gözlənilir.

Bundan əlavə, kitabxana rəhbərliyinin digər ehtiyaclarla bağlı fikri dinlənildikdən sonra, müasir dövrün şərtləri nəzərə alınaraq kitabxananı bilgisayarla təmin etmişik. Əsas məqsəd odur ki, artıq kitabxananın kitab sistemi, kitabların istifadəçilərə verilməsi, qaytarılması və digər işlər digital formada aparılsın.

Kitabxananın təmirdən sonra açılışı 1 aprel 2024-cü ildə baş tutmuşdur. Tədbirdə iştirak edən cəmiyyətimizin sədri, Elvin Cəbrayıl, kitabxanaya alınan kitabları şəxsən çatdırmış, kitabxananın rəhbərliyi və məktəbli istifadəçiləri ilə yaxından tanış olmuşdur. Fizuli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin rəhbərinin də iştirak etdiyi açılış tədbirində cəmiyyətimizə rəhbərlik tərəfindən təşəkkürnamə təqdim edilmişdir.

Cəmiyyətimiz bu kitabxana ilə əlaqələrini davamlı aparacaq, kitabxana istifadəçilərinin sayı, maraqları və tələbləri ilə daim məşğul olacaqdır.

 “2B-Kind” (ingiliscədən tərcümədə nəzakətli, almancadan tərcümədə uşaq olmaq anlamında) az təminatlı ailələrdən olan uşaqlara təhsili əlçatan etmək məqsədi ilə Azərbaycandan kənarda, əsasən Almaniyada yaşayan könüllü dostlarımızın qurduğu bir xeyriyyə cəmiyyətidir. Məqsədimiz yoxsulluq səbəbindən təhsildən kənar qalan uşaqlara davamlı şəkildə həm maddi, həm də mənəvi yardım göstərməkdir. Ölkəmizdə və dünyada yaşanan bir çox problemlərin təməlində yetərsiz təhsilin dayandığı məlumdur. Yetərsiz təhsil isə bir çox hallarda yoxsulluqla əlaqəlidir. Uşaqların təhsili daha işıqlı Azərbaycandır. Siz də uşaqlara sevinc bəxş etmək və daha işıqlı Azərbaycan üçün töhfvə vermək istəyirsizsə, ianə etməklə bizə dəstək ola bilərsiniz!

Sizin 2B-Kind ailəsi

Əlaqə: [email protected]

Ianə et: İanə et – 2B Kind

Bu linkə daxil olaraq dünyanın istənilən yerindən rahatlıqla ianə edə bilərsiniz.