Neftçala rayonunda kitabxana
2B-Kind xeyriyyə cəmiyyəti tərəfindən Neftçala rayonu, Aşağı Qaramanlı kəndi — Qaraman İcma Mərkəzinin yanında kənd məktəbinin kitabxanası təmir olunmuş, mebel və kitablarla təmin edilmşdir. Kitabxana üçün 3 ədəd kitab rəfi, 1 ədəd boyuk masa, bədii ədəbiyyat, hazırlıq kitabları, test kitabçaları və dərsliklər alınıb. Bu məqsədlə cəmiyyətimiz 1850 AZN məbləğində pul xərcləyib. Bundan əlavə təqribən 780 AZN xərclənərək 122 bədii ədəbiyyat kitabı alınıb və bu kitablar Neftçala və Ucar rayonlarında təmir və təhvil verdiyimiz kitabxanalar arasında bölünüb. Kitabxanadan ətraf kəndlərlə birlikdə 400-500 aralığında şagirdin istifadə etməsi gözlənilir.
“2B-Kind” (ingiliscədən tərcümədə nəzakətli, almancadan tərcümədə uşaq olmaq anlamında) az təminatlı ailələrdən olan uşaqlara təhsili əlçatan etmək məqsədi ilə Azərbaycandan kənarda, əsasən Almaniyada yaşayan könüllü dostlarımızın qurduğu bir xeyriyyə cəmiyyətidir. Məqsədimiz yoxsulluq səbəbindən təhsildən kənar qalan uşaqlara davamlı şəkildə həm maddi, həm də mənəvi yardım göstərməkdir. Ölkəmizdə və dünyada yaşanan bir çox problemlərin təməlində yetərsiz təhsilin dayandığı məlumdur. Yetərsiz təhsil isə bir çox hallarda yoxsulluqla əlaqəlidir. Uşaqların təhsili daha işıqlı Azərbaycandır. Siz də uşaqlara sevinc bəxş etmək və daha işıqlı Azərbaycan üçün töhfvə vermək istəyirsizsə, ianə etməklə bizə dəstək ola bilərsiniz!
Sizin 2B-Kind ailəsi
Əlaqə: [email protected]
Ianə et: İanə et – 2B Kind
Bu linkə daxil olaraq dünyanın istənilən yerindən rahatlıqla ianə edə bilərsiniz.