Gülər

Əziz dostlar,

Cəmiyyətimizin növbəti layihəsini Sizə təqdim edirik!

Bu dəfə bizə Gülər balamızın qapısını döymək nəsib oldu. Gülər Şəmkir rayon Kür qəsəbəsində çox ağır şərtlər altında yaşayır. Onun atası vəfat edib, anası Səmayə xanım isə 2-ci dərəcə əlildir, bir gözü yalnız 30% görür. Hazırda bir yardımsevər xanımın himayəsi altında yataqxanada yaşayırlar. Ailənin gəliri yalnız 190 manat olan təqaüddən ibarətdir. İmkansızlığın gətirdiyi problemlər səbəbindən Gülərin nəinki dərslərini hazırlamağa masası hətta ən vacib dərs ləvazimatları yoxdur.

Uşaqlarımızın həyat şəraitinin yaxşılaşdırılması və zəruri ehtiyaclarının ödənilməsi təşkilatımızın əsas məqsədlərindən biri olduğu üçün bu layihə çərcivəsində Güləri ilk öncə isti geyim və lazımi dərs vəsaitləri ilə təmin etdik. Geyim və ərzaqların alınması və çatdırlmasında göstərdiyi könüllü dəstəyə görə şagirdimizin təhsil aldığı orta məktəbin direktoru və Gülərin sinif müəlliməsinə təşəkkürlərimizi bildiririk.  

Bütün çətinliklərə baxmayaraq Gülər dərslərini yaxşı oxuyur və gələcəkdə həkim olmaq istəyir. Gülərə təhsil həyatında uğurlar arzulayır və bundan sonra onun təhsil və inkişafını hər zaman diqqətdə saxlayacağıq. 

Cəmiyyətimizə ianə edən hər kəsə dərin təşəkkürümüzüi bildiririk. Sizin sayənizdə daha bir uşağın üzündə təbəssümə səbəb ola bildik! Gəlin əl-ələ verərək uşaqlara təbəssüm bəxş edək!