Fizuli Rayonunda kitabxana proyekti, 2024
2024-cü ilin mart ayında cəmiyyətimizin maliyyə dəstəyi ilə Fizuli Rayonu, Yuxarı Seyidəhmədli kənd kitabxanası əsaslı təmir olunmuş və yüzə yaxın bədii kitablarlar təmin edilmişdir.
Qeyd edək ki, bu kitabxanadan il ərzində 500-dən çox məktəbli, tələbə və digər nəslin nümayəndələrinin istifadəsi gözlənilir.
Kitabxana rəhbərliyinin digər ehtiyaclarla bağlı fikri dinlənildikdən sonra qərar verilmişdir ki, müasir dövrün şərtləri nəzərə alınaraq kitabxana bilgisayarla təmin ediləcəkdir. Əsas məqsəd odur ki, artıq kitabxananın kitab sistemi, kitabların istifadəçilərə verilməsi, qaytarılması və digər işlər digital formada aparılsın.
Kitabxananın təmirdən sonra açılışı 1 aprel 2024-cü ildə baş tutmuşdur. Tədbirdə iştirak edən cəmiyyətimizin sədri, Elvin Cəbrayıl, kitabxanaya alınan kitabları şəxsən çatdırmış, kitabxananın rəhbərliyi və məktəbli istifadəçiləri ilə yaxından tanış olmuşdur. Fizuli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin rəhbərinin də iştirak etdiyi açılış tədbirində cəmiyyətimizə rəhbərlik tərəfindən təşəkkürnamə təqdim edilmişdir.
Cəmiyyətimiz bu kitabxana ilə əlaqələrini davamlı aparacaq, kitabxana istifadəçilərinin sayı, maraqları və tələbləri ilə daim məşğul olacaqdır.