FAQ
Cəmiyyətimizin qurulması ideyasını Azərbaycan sərhədlərində kənarda yaşayan bir qrup könüllü həmvətənlərimiz irəli sürmüşdür. Danılmaz bir faktdır ki, dünyanın bir çox bölgəsində, eləcə də Azərbaycanda təhsilə əli çatmayan uşaqlar kifayət qədərdir. Təhsildən uzaq qalmağın səbəbləri müxtəlifdir, lakin ən əsas səbəblərdən biri maddi imkansızlıqdır. Fəaliyyətimizin əsasını məhz maddi səbəblərdən təhsildən kənarda qalan uşaqlara dəstək olmaq təşkil edir.
Hər bir cəmiyyəti onun məqsədləri və onun bir növ mühərriki rolunu oynayan üzvləri digər cəmiyyətlərdən fərqləndirir. Biz uşaqların təhsilə əlçatımlılığını təmin etmək üçün birlikdə yola çıxmışıq. Cəmiyyətimizə daxil olan bütün ianələr yalnız uşaqların təhsilinə xərclənəcəkdir. Bu amalımıza çatmaq üçün heç bir mənfəət güdmədən çalışan könüllü üzvlərimiz və idarə heyətimiz mövcuddur.
İanə edərək: İl ərzində istədiyiniz zaman və aralıqla cəmiyyətimizin rəsmi hesabına ianə edərək fəaliyyətimizi davamlı və daha da effektiv edə bilərsiniz.
Üzv olaraq: Cəmiyyətimizə üzv olaraq sıralarımızı genişləndirməklə yanaşı üzvlük haqqı ödəməklə cəmiyyətimizin maliyyə imkanlarını daha da gücləndirə bilərsiniz.
Könüllü olaraq: Könüllü olaraq bizə qoşula və layihələrin icrasında bizə dəstək verə bilərsiniz. Müxtəlif bölgələrdə könüllü olaraq göstərəcəyiniz hər bir dəstək bizim üçün çox dəyərlidir.
Əməkdaşlıq edərək: Azərbaycan daxilində fəaliyyətimizin səmərəliliyini təmin etmək üçün qeyri hökümət təşkilatları, təşəbbüs qrupları və könüllülərlə əməkdaşlıqda maraqlıyıq.
Bəli! Ödənilən üzvlük haqqları və ya edilən ianələr haqqında cəmiyyətimiz tərəfindən sizə illik arayış veriləcəkdir. Bu arayışı maliyyə idarəsinə təqdim edərək ödəyəcəyiniz vergi məbləğinin bir qismindən azad ola bilərsiniz.