Elvin Cəbrayıl

Elvin Cəbrayıl Almaniyada vəkil və andlı tərcüməçi kimi fəaliyyət göstərir. O, Köln Vəkillər Kollegiyasının üzvüdür. Əsasən miqrasiya, cinayət və ailə hüququ üzrə fəaliyyət göstərir. Bundan əlavə o, İctimai İdarəetmə üzrə Brühl Federal Universitetində mülki hüquqdan dərs deyir. Bir çox elmi məqalələrin müəllifidir.

Zülfiyyə Abdurahimova-Karberri Harvard Universitetinin İqtisadiyyat Departamentində çalışır və Belçikada Ghent Universitetində siyasi elmlər üzrə doktorantura tələbəsidir. Onun tədqiqat sahəsinə post-Sovet məkanı və xüsusilə də Azərbaycanda rejim dəyişikliyi, demokratikləşmə, avtoritarizm, vətəndaş cəmiyyəti və sosial rifah sistemləri aiddir. Zülfiyyə ABŞ-da Harvard Universitetində Regionşünaslıq üzrə və Almaniyada Muenster Universitetində Siyasi Elmlər üzrə Magistr dərəcələrini bitirib. O, Azərbaycan Dillər Universitetindən Avropaşünaslıq fakultəsinin məzunudur. Zülfiyyə həyat yoldaşı ilə ABŞ-da Boston ətrafında yaşayır və asudə vaxtlarını təbiətdə keçirmək, səyahət etmək, velosiped sürmək və üzməkdən zövq alır.

Dr. Polad Poladli Almaniyanın Leyptsiq şəhərində katalitik kimya üzrə doktoranturanı bitirib. Son 14 il ərzində yarım-keçiricilər sahəsində calışır. Hal-hazırda “Robert Bosch Semiconductor Manufacturing” şirkətində aparıcı mühəndis vəzifəsindədir.

Kamran Hacılı Almaniyada həkim kimi fəaliyyət göstərir. O, Köln Universitetinin tibb fakültəsini bitirib və hazırda Leverkusen Klinikasında kardiologiya şöbəsində çalışır. Eyni zamanda, Köln Universitetində tibb elimləri üzrə doktorantdır. Əsas tədqiqat sahələri kardiologiya və cərrahiyyə üzrədir. Doktor işini kardiovaskular xəstələrdə hernia əməliyyatlarından sonra olan komplikasiyalar haqqında yazır.

Nigar van Berkel Bakalavr təhsilini Azərbaycan Tibb Universitetində bitirib. Tibbdə uzmanlıq dərəcəsini daxili xəstəliklər və kardiologiya üzrə Almaniyada başa vurub və hazırda Münster Universitet Xəstəxanasında həkim kimi fəaliyyət göstərir.

Mehriban Vəliyeva Almaniyada Biznesin idarə edilməsi (MBA) üzrə magistr məzunudur. Azərbaycanda dövlət qulluqçusu olaraq dövlət qrumlarında müxtəlif vəzifələrdə fəaliyyət göstərib. Azərbaycan Dövlət İqtisad Universitetində Sabah qruplarının tədrisi ilə məşğul olub. 2020-ci ildən Almaniyada yaşayır və hazırda dünyanın ən böyük maliyyə qrumlarınında biri olan Societe Generale Equipment Finance (SGEF)-in Almaniya filalında Key Account Manager vəzifəsində fəaliyyət göstərir.

Leylan Məmmədova Almaniyada Anesteziologiya/Reanimatologiya bölümündə rezident həkimdir. O, Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsinin məzunudur. Tələbəlik illərindən bəri Avropa Oyunları 2015, İslam Həmrəyliyi Oyunları 2017 və Formula 1 kimi əhəmiyyətli tədbirlərdə ilk tibbi yardım göstərən könüllü kimi fəal iştirak edib. 2020-ci ildən etibarən Almaniyada Anesteziologiya/Reanimatologiya bölümündə rezidentura təhsilini almaqdadır. Bundan əlavə, hazırda Təcili Tibbi Yardım sahəsində ixtisaslaşır. 2023-cü ildən bəri “Almaniyada Azərbaycanlı Tibb İşçilərinin Birliyi” (AMD/AATIB) cəmiyyətinin idarə heyətinin üzvüdür. Hobbi olaraq boş zamanlarında səyahət bloqunu (@lylnblg Instagram-da) idarə edir, extremal fəaliyyətlər ilə məşğul olur, rəqs edir və dostları ilə vaxt keçirməyi sevir.

Səfa Mustafayeva Şəki rayonunda doğulub və böyüyüb. 2019 cu ildə Gəncə Dövlət Universitetinin Filologiya Fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olub. 2023 cü ildə təhsilini bitirərək, həmin universitetdə magistratura pilləsinə daxil olub.