Haqqımızda
Biz kimik
“2B-Kind” (ingiliscədən tərcümədə nəzakətli, almancadan tərcümədə uşaq olmaq anlamında) yoxsul ailələrdən olan uşaqlara təhsili əlçatan etmək məqsədi ilə Azərbaycandan kənarda yaşayan könüllü dostlarımızın qurduğu bir xeyriyyə cəmiyyətidir. Ölkəmizdə və dünyada yaşanan bir çox problemlərin təməlində yetərsiz təhsilin dayandığı məlumdur. Yetərsiz təhsil isə bir çox hallarda yoxsulluqla əlaqəlidir. Azərbaycanda təhsil səviyyəsinin artması daha yaxşı inkişafa və firavan gələcəyə aparacaq.
Məqsədimiz
Məqsədimiz yoxsulluq səbəbindən təhsildən kənar qalan uşaqlara davamlı şəkildə həm maddi, həm də mənəvi yardım göstərməkdir. Bunu qeyri-rəsmi himayəçilik də adlandırmaq olar. Bura, müraciət edəcək uşaqların hər birinin təhsil problemləri ilə maraqlanmaq, onları necə aradan qaldıra biləcəyimizi araşdırmaq və maddi yardımlar etmək öhdəliyi daxildir.
Bu gün yardım ediləcək uşaqlar, sabah əldə etdikləri təcrübələri digərləri ilə bölüşərək özləri yardımsevər və xeyriyyəçi fərdlərə çevriləcəklər.
Əmin etmək istərdik ki, toplanan ianələr və aylıq üzvlük haqqları, cəmiyyətin təşkilati xərcləri çıxıldıqdan sonra şəffaf şəkildə məhz yuxarıda göstərdiyimiz məqsədlər üçün sərf ediləcəkdir. Tək qazancımız ətrafımızdakı uşaqlara və gənclərə kiçik də olsa fayda verə bilməkdir.
Prinsiplərimiz
Şəffaflıq
Edilən ianələr və icra olunan işlərin hər kvartalda hesabatını vermək əsas məqsədimizdir. Şəxsi məlumatlarınızın məxfiliyinin qorunmasına zəmanət veririk.
Davamlılıq və effektivlik
Əsas prinsiplərimizdən biri də yardim etdiyimiz şagird və ya tələbələrə onların təhsil problemləri həll olunana qədər mütəmadi və sistemli şəkildə dəstək olmaqdır. Effektivliyi artırmaq üçün biz hər bir müraciəti fərdi şəkildə araşdırır, fərdi dəstək planı hazırlayır və təhsil problemi həll olunana qədər dəstək veririk.
Əməkdaşlıq
Azərbaycan daxilində fəaliyyətimizin səmərəliliyini təmin etmək üçün qeyri hökümət təşkilatları, təşəbbüs qrupları və könüllülərlə əməkdaşlıqda maraqlıyıq.
Cəmiyyətimiz
Xeyriyyə cəmiyyətimizin əsası 10 və 17 yanvar 2021-ci il tarixlərində baş tutan təsis yığıncaqlarında qoyulmuşdur. Cəmiyyətin nizamnaməsi və üzvlük haqqında əsasnamə alman, azərbaycan və ingilis dillərində hazırlanmışdır. Həmin sənədlərlə buradan tanış ola bilərsiniz. Siz də bizim cəmiyyətə üzv ola, üzv olmadan ianə edə və ya proyektlərimizdə könüllü olaraq iştirak edə bilərsiniz.
İdarə heyəti
Advisory Board
Güləsər Fullriede
iqtisadçı, Almaniya
Sədr müavini, idarə heyəti 2021-2024
Dr. Mirzə Mütəllimov
həkim, Almaniya
Sədr müavini, idarə heyəti 2021-2024
Dr. Naibə Allahverdiyeva
məsləhətçi, Almaniya
Sədr müavini, idarə heyəti 2021-2024
Həmtəsisçilər
Nigar van Berkel
Həkim, Almaniya
Dr. Naibə Allahverdiyeva
Məsləhətçi, Almaniya
Güləsər Fullriede
İqtisadçı, Almaniya
Mirzə Mütəllimov
Həkim, Almaniya
Kamran Hacılı
Həkim və tibb üzrə doktorant, Almaniya
Zülfiyyə Əbdürəhimova-Karberri
Doktorant ABŞ/ Belçika
Elvin Cəbrayıl
Vəkil, Almaniya
Dr. Aytən Musayeva
Həkim, ABŞ
Dr. Natiq Qassanov
Həkim, Almaniya
Dr. Polad Poladlı
Mühəndis, Almaniya
Dr. Aqşin Umudov
Politoloq, Almaniya
Şəhla Rəsulzadə
Elmi tədqiqatçı, Almaniya
Ceyhun Vəliyev
Almaniya
Aygün Quliyeva
Həkim, Almaniya
Bənövşə Abbasova
Məhsulun qiymətləndirilməsi üzrə mütəxəssis, Almaniya
Mehriban Vəliyeva
İxrac meneceri, Almaniya
Cavid Bayramlı
Sahibkar, Azərbaycan
Eltac Əlisoy
Tələbə, Almaniya