Şəki rayonu Qırxbulaq kənd ümumi orta məktəbi üçün ləvazimatlar
2B-Kind xeyriyyə cəmiyyəti sentyabrın əvvəli yeni dərs ili üçün Şəki rayonu Qırxbulaq kənd ümumi orta məktəbinə az təminatlı ailələrdən olan uşaqları məktəb ləvazimatları ilə təmin etmişdir. 2B-Kind məktəbin direktoru ve müəllim heyəti ilə yaxından əməkdaşlıq edərək məktəbə 3200 AZN dəyərində aşağıdakı ləvazimatları çatdırıb: məktəbli forması, ayaqqabı, çanta, jaket və test kitabları. Həmin məbləğdən bir neçə uşağa qış ayyaqqabısı və kurtka almaq üçün 382 AZN ayrılmışdır. Ümumilikdə 26 şagird məktəb ləvazimatları və bütün sinifin istifadə edəcəyi test kitabları ilə təmin olunub.
Bizə bu layihəni həyata keçirməkdə yaxından kömək etdiyinə görə məktəbin direktoru İsmayılov Araz, müəllim heyətindən Haşimov Təmraz, Babayeva Gülnar, Qarayeva Səadət, Ramazanova Aynur, Abdurrahmanova Aygün, İslamova Çinarəyə və Qırxbulaq kəndinin tibbi məntəqə müdiri, Ülviyyə Məmmədovaya dərin minnətdarlığımızı bildiririk. Məktəbli forması, ayyaqqabı və çantaları alarkən Yenilik mağazası ümumi məbləğə 5%, Rəhlə kitab mağazası isə test kitablarının ümumi məbləğinə 15% endirim edib. Hər iki mağazanın rəhbərliyinə təşəkkür edirik.
“2B-Kind” (ingiliscədən tərcümədə nəzakətli, almancadan tərcümədə uşaq olmaq anlamında) az təminatlı ailələrdən olan uşaqlara təhsili əlçatan etmək məqsədi ilə Azərbaycandan kənarda, əsasən Almaniyada yaşayan könüllü dostlarımızın qurduğu bir xeyriyyə cəmiyyətidir. Məqsədimiz yoxsulluq səbəbindən təhsildən kənar qalan uşaqlara davamlı şəkildə həm maddi, həm də mənəvi yardım göstərməkdir. Ölkəmizdə və dünyada yaşanan bir çox problemlərin təməlində yetərsiz təhsilin dayandığı məlumdur. Yetərsiz təhsil isə bir çox hallarda yoxsulluqla əlaqəlidir. Uşaqların təhsili daha işıqlı Azərbaycandır. Siz də uşaqlara sevinc bəxş etmək və daha işıqlı Azərbaycan üçün töhfvə vermək istəyirsizsə, ianə etməklə bizə dəstək ola bilərsiniz!
Sizin 2B-Kind ailəsi
Əlaqə: [email protected]
Ianə et: İanə et – 2B Kind
Bu linkə daxil olaraq dünyanın istənilən yerindən rahatlıqla ianə edə bilərsiniz.