“100 UŞAQ MƏKTƏBƏ GETSİN” layihəsi

2B-Kind xeyriyyə cəmiyyəti sentyabr (2025) ayında “100 Uşaq Məktəbə Getsin Layihəsi”ni həyata keçirib. Bu məqsədlə Neftçala rayonu Aşağı Qaramanlı kənd, Sumqayıt şəhəri, Ağcabədi rayonu, Ucar rayonu Bərgüşad kəndində təhsil alan şagirdlərə yardım edilib.

Layihə çərçivsində şagirdlərə aşağıdakı əşyalar alınıb:

100 məktəb forması:
    – 20 forma: Neftçala rayonu, Aşağı Qaramanlı kəndi
    – 20 forma: Sumqayıt şəhəri
    – 20 forma: Ağcabədi rayonu
    – 40 forma: Ucar rayonu, Bərgüşad kəndi

15 məktəbli çantası:
    – 10 çanta: Ucar rayonu, Bərgüşad kəndi
    – 5 çanta: Ağcabədi rayonu

“2B-Kind” (ingiliscədən tərcümədə nəzakətli, almancadan tərcümədə uşaq olmaq anlamında) az təminatlı ailələrdən olan uşaqlara təhsili əlçatan etmək məqsədi ilə Azərbaycandan kənarda, əsasən Almaniyada yaşayan könüllü dostlarımızın qurduğu bir xeyriyyə cəmiyyətidir. Məqsədimiz yoxsulluq səbəbindən təhsildən kənar qalan uşaqlara davamlı şəkildə həm maddi, həm də mənəvi yardım göstərməkdir. Ölkəmizdə və dünyada yaşanan bir çox problemlərin təməlində yetərsiz təhsilin dayandığı məlumdur. Yetərsiz təhsil isə bir çox hallarda yoxsulluqla əlaqəlidir. Uşaqların təhsili daha işıqlı Azərbaycandır. Siz də uşaqlara sevinc bəxş etmək və daha işıqlı Azərbaycan üçün töhfvə vermək istəyirsizsə, ianə etməklə bizə dəstək ola bilərsiniz!

 

Sizin 2B-Kind ailəsi

Əlaqə: [email protected]

Ianə et: İanə et – 2B Kind

Bu linkə daxil olaraq dünyanın istənilən yerindən rahatlıqla ianə edə bilərsiniz.