Ucar rayonunda kitabxana
2B-Kind xeyriyyə cəmiyyəti tərəfindən Ucar rayonu, Bərgüşad kənd tam orta məktəbinin kitabxanası təmir edilmiş və təhvil verilmişdir. Bu məqsədlə 1550 AZN məbləğində pul xərclənmişdir. Layihə çərçivəsində kitabxana təmir edilmiş, 2 ədəd rəf (uzunluğu 3,4 m), 4 ədəd oxu masasi və bədii kitablar alınıb.
Qeyd edək ki, Ucar rayonu Bərgüşad kənd tam orta məktəbi 587 şagirdin təhsil aldığı böyük məktəbdir.
“2B-Kind” (ingiliscədən tərcümədə nəzakətli, almancadan tərcümədə uşaq olmaq anlamında) az təminatlı ailələrdən olan uşaqlara təhsili əlçatan etmək məqsədi ilə Azərbaycandan kənarda, əsasən Almaniyada yaşayan könüllü dostlarımızın qurduğu bir xeyriyyə cəmiyyətidir. Məqsədimiz yoxsulluq səbəbindən təhsildən kənar qalan uşaqlara davamlı şəkildə həm maddi, həm də mənəvi yardım göstərməkdir. Ölkəmizdə və dünyada yaşanan bir çox problemlərin təməlində yetərsiz təhsilin dayandığı məlumdur. Yetərsiz təhsil isə bir çox hallarda yoxsulluqla əlaqəlidir. Uşaqların təhsili daha işıqlı Azərbaycandır. Siz də uşaqlara sevinc bəxş etmək və daha işıqlı Azərbaycan üçün töhfvə vermək istəyirsizsə, ianə etməklə bizə dəstək ola bilərsiniz!
Sizin 2B-Kind ailəsi
Əlaqə: [email protected]
Ianə et: İanə et – 2B Kind
Bu linkə daxil olaraq dünyanın istənilən yerindən rahatlıqla ianə edə bilərsiniz.